RU
“Heydər Əliyev və Azərbaycan tarixi” adlı  III ümumrespublika bilik yarışı keçirilib
20:18
453

“Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib

Noyabrın 8-də Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib.
Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr iştirak ediblər.
Yarışın açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının Ümummilli liderinin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və yeni nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. "Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışında 42 ali məktəbin komandası iştirak edib.
Bu yarısın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edən Anar Ələkbərov Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu qeyd edib. O bildirib ki, istər sovet, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu dövrdə Azərbaycanın inkişafı Heydər Əliyev üçün əsas məsələlərdən biri olub. Bu gün müasir Azərbaycan dünyada nümunəvi ölkə kimi tanınır. Prezident İlham Əliyev ölkəmizi ən yüksək arenalarda tanıtdırır.
Sonra açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sisteminin inkişafında Heydər Əliyev Fondunun mühüm rolunu qeyd edib. Bildirilib ki, məhz Fondun fəaliyyətinin nəticəsi olaraq iki il əvvəl pilot kimi bir neçə məktəbdə icrasına başlanılan məktəbəqədər təhsil layihəsi artıq bütün dövlət ümumtəhsil müəssisələrində həyata keçirilir.
Artıq üçüncü ildir ki, Heydər Əliyev Mərkəzi ilə birgə "Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışını həyata keçirdiklərini deyən nazir Azərbaycan tarixində ulu öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu qeyd edib.
Nazir bildirib ki, belə yarışlar tələbələrin zəruri keyfiyyətlərini üzə çıxarır və gənclərin öz karyeralarında uğur qazanmalarına kömək edir. Ötən illərdəki yarışların çox ədalətli və gərgin keçdiyini deyən M.Cabbarov əmin olduğunu bildirib ki, bu il də belə yarışmanın şahidi olacağıq. Ən güclü və ən layiqli gənclər qalib gələcəklər.
Çıxışlardan sonra "Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışı start götürüb.
Yarış üç turda keçirilib və hər turda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan tarixinə dair 12 sual səsləndirilib.
"Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışında Mingəçevir Dövlət Universitetini İS13.2 saylı qrupun tələbəsi Rəşad Məmmədov, İ13.1 saylı qrupun tələbələri Samrin Xanlayev, Nurlan Məmmədov, AƏ16 saylı qrupun tələbəsi Kəmalə Hacıyeva, ST14.1 saylı qrupun tələbəsi Səadət Yusibova, İ13.2 saylı qrupun tələbəsi Vasif Yusifli, ST14.1 saylı qrupun tələbəsi Orxan İsmayılov, MT16 saylı qrupun tələbəsi Ayşən Əliyeva təmsil etmişlər. Yarışın I turunda MDU-nun tələbələri 12 sualın hamısına düzgün cavab versələr də, üç turun nəticəsindən asılı olaraq ümumilikdə universitetlər arasında altıncı yeri tutmuşlar.
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun nümayəndələri təmsil olunmuşlar.
Birinci yerə Azərbaycan Dövlət İqtisad Universiteti, ikinci yerə Dövlət Sərhəd Xidməti Akademiyası, üçüncü yerə isə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası layiq görülüb. Qalib komandalar mükafatlandırılmışdır.
 
7news.Az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ