RU
Heydər Əliyevin “Bir millət iki dövlət” ənənəsinə sadiq qalan Azərbaycan və Türkiyənin yeni dostluq və müttəfiqlik müqaviləsi
11:02
131

Heydər Əliyevin “Bir millət iki dövlət” ənənəsinə sadiq qalan Azərbaycan və Türkiyənin yeni dostluq və müttəfiqlik müqaviləsi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci ildə Şuşaya səfəri gerçəkləşib. İki prezidentin- Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada görüşü tarixi bir əhəmiyyət kəsb edir. Bu illərdir ki  gözlənilən bir an idi. Bu görüşün həm tarixi, həm də strateji əhəmiyyəti var. Rəcəb Tayyip Ərdoğanın Şuşaya səfəri həm də dünyaya verilən bir mesajdır.Cənab Ərdoğan Şuşaya səfərilə Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu,qardaşlıq və dostluq münasibətlərinin həmişəlik və əbədi yaşayacağını göstərdi.2-ci Qarabağ  müharibəsi zamanı Türkiyənin həmişə Azərbaycana dəstək olması, istər hərbi baxımından, istər xalq olaraq insanların dəstək olması, istərsə də sosial şəbəkələrdə Azərbaycan xalqı ilə yanaşı qardaş ölkə vətəndaşlarının bizə olan dəstəyi  "bir millət iki dövlət” cümləsinin sadəcə söz olaraq deyilmədiyinin dünya xalqlarlna bir daha sübutu oldu.  Azərbaycan və Türkiyə dostluğunun həm qədim, həm də bundan sonra da əbədi olacağını göstərirdi. 
Şuşaya edilən tarixi səfərdə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətinin davam etdirilməsi baxımından əhəmiyyətli bir hadisə baş verdi. Bu hadisə Şuşa bəyannaməsinin imzalanması idi. Şuşa bəyannaməsi iki ölkə arasındakı bir çox sahələrə dair əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm bir addım oldu.Bu müqaviləyə əsasən iki ölkədən hər hansı birinə  başqa bir ölkədən təhlükə olarsa, bu ölkələr bir-birini qoruyacaq və birgə qərar verib, addım atacaqdır.
Prezident İlham Əliyev jurnalistlərə açıqlamasında onu da bildirib ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bu özü hər şeyi deyir.  Həmçinin prezident onu da qeyd edib ki " Şuşa bəyannaməsi” 100 il əvvəl imzalanan Qars müqaviləsinə istinad edilmişdir. 
Bəyənnamədə qeyd olunan ən vacib məsələlərdən biri də qarşılıqlı hərbi yardım məsələləridir.Türkiyə açıq şəkildə bildirir ki Azərbaycana bundan sonra olabiləcək hər hansı hücumda Türkiyə Azərbaycanı müdafiə edəcək. Prezident Ərdoğan bildirib ki  Azərbaycan xalqının bir daha belə müharibə şəraiti yaşamaması üçün əlimizdən gələni edəcək və birgə çalışacağıq. 

      
              Azərbaycan Dillər Universiteti               
              Həsənova Şərqiyyə Səbuhi qızı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ