Türkiyə Böyük Millət Məclisində qalmaqala səbəb olan Mustafa Kamal Atatürk porterti yenidən parlamentə qaytarılıb.
7news.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məclis binasında təmir işləri aparılan zaman yığışdırılan Atatürk porterti CHP millət vəkilləri tərəfindən köhnə yerinə asılıb. Portret təntənəli mərasimlə yerinə qaytarıldıqdan sonra CHP-li millət vəkilləri "Atatürkün məclisində Atatürkə edilən bu hörmətsizliyi qəbul edə bilməzdik”,- deyiblər.
Qeyd edək ki, Mustafa Kamal Atatürkün xalça üzərində işlənmiş marşal formalı portrerini mərhum prezident Heydər Əliyev TBMM-in eks -sədri Hüsaməddin Cindoruka hədiyyə etmişdi.








