RU
`Həyəcandan özümü itirdim, halım pisləşdi`
16:35
1672

`Həyəcandan özümü itirdim, halım pisləşdi`

“Oğlum yarışa çıxanda stress, həyacan keçirdim. Həyəcandan yerə-göyə sığmırdım. Rəsulu olimpiadaya yola salanda dedim ki, sənin qələbə qazanacağına inanıram və sonu necə olsa da biz həmişə yanındayıq. Rəsuldan qızıl medal gözləyirdik”

Bunu 7News.Az-a Rio-2016-da Azərbaycana bürünc medal qazandıran güləşçi Rəsul Çunayevin anası Ayzanə Çunayeva deyib. Onun sözlərinə görə, Rəsul Çunayev Rioya qızıl medal qazanmaq arzusu ilə getmişdi.

“Rəsul qızıl medal arzulayırdı. Deyirdi ki, mən ora qızıl üçün gedirəm, ancaq qızıl da, gümüş də, bürünc də bacı-qardaşdı. Oğlumun qismətinə bürünc düşdü. Buna da şükürlər olsun. Ən əsası odur ki, oğlum medalsız qayıtmayacaq.
Mənim üçün Rəsul həmişə çempiondur və çempion kimi də qalacaq. İnanırıq ki, Rəsul bundan sonrakı yarışlarda daha böyük uğurlara imza atacaq. Biz ondan qələbələr gözləyirik”.

A.Çunayeva oğlunun oyununu izləyərkən yüksək təzyiqdən halının pisləşdiyini deyib: “Rəsulun bütün yarışlarında həyəcan keçirirəm. Dünən də təzyiqim qalxıdı. Kubalı ilə görüş mənim üçün çox ağır keçdi. Həyəcandan özümü itirdim, halım pisləşdi.Gördüm ki, kubalı iki xal qazandı, titrəməyə başladım. Bacım mənə dərman verdi, ondan sonra özümə gəldim. 

Oğlum uşaq vaxtı uduzanda, onu çempion kimi qarşılayırdım. O, anası üçün bu həyatda çempion doğulub. İndi də elə qarşılayacağam. Balam bilsin ki, hər zaman arxasındayam. Onu ruhdan düşməyə qoymaram. Telefonla danışanda dedim ki, Rəsul, sən bu dövlətin oğlu, mənim çempionumsan. Düzdür, o , bu nəticə ilə barışa bilmir. Deyir ki, 3-cü yeri qəbul edə bilmirəm. Ona dedim ki, kişi kimi qələbə çaldın, olimpiadada 3-cü yeri tutmaq böyük şansdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ