RU
Həyətində diri-diri basdırılan körpəni tapıb XİLAS ETDİ
17:50
2142

Həyətində diri-diri basdırılan körpəni tapıb XİLAS ETDİ

Uqandanın Kisoro Bölgəsində kənd sakini Covia Nyiranone öz həyətində diri-diri basdırılan körpəni taparq xilas edib.

7News.Az xəbər verir ki, bu barədə "Chimp Reports" nəşri yazır.

Belə ki, martın 9-da həyətində iş görən qadın torpağın altından uşaq ayağının çıxdığını görüb və dərhal yeri qazaraq körpəni çıxarıb.

Təxminən bir həftəlik uşaq hələ sağ olub. Covia hadisə barədə qonşulara və dövlət qurumlarına xəbər verib.

Uşaq əvvəl polisə, daha sonra isə xəstəxanaya aparılıb. Yerli hökumət orqanları cinayətkarların tapılıb cəzalandırılması üçün əllərindən gələni edəcəklərinə söz veriblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ