Türkiyənin Kadıköy bölgəsində səkidə çəkilən fotosu ilə məşhurlaşan Tombili adlı pişiyin heykəlinin ötən gün oğurlanması rusları xeyli əsəbiləşdirib.
7News.az Türkiyə ediasına istinadən bildirir ki, Rusiyanın Ankaradakı səfirliyi məsələyə münasibət bildirib. Səfirlik Tombilinin heykəlinin oğurlanması ilə bağlı rəsmi "Twitter" səhifəsində yazı paylaşıb. Yazıda bildirilib:
"Kadıköyün əfsanəfi pişiyi Tombilinin heykəlinin oğurlanma xəbəri Rusiyada böyük əks-sədaya səbəb olub. Ruslar bu vəziyyətdən narahatdır”.
7News.az








