RU
Heyvana aid sandıqları sümüklər yoxa çıxan qadının imiş - FOTO
15:20
497

Heyvana aid sandıqları sümüklər yoxa çıxan qadının imiş - FOTO

Adananın Karaisalı qəsəbəsində təxminən 2 ay əvvəl meşəlik sahədə olan konteynerdə baş verən yanğında 2 şəxslə birlikdə yanaraq ölən qadının şəxsiyyəti müəyyən edilib.

7News.az hurriyet-ə istinadən xəbər verir ki, istintaq qrupunun araşdırması zamanı 3 şəxsin spirtli içki qəbul edib yatdıqları və qaladıqları ocağın konteynerə keçməsiylə faciəvi şəkildə öldükləri müəyyən edilib.

Qadın iki dostu ilə birlikdə meşəyə gedib. Onlar birlikdə kabab bişiriblər. İçki içdikdən sonra vaqonun içində yuxuya gedən əsnada manqaldakı kömürlər qızışıb, yanğın başlayıb. Onlar insan yaşadığı qəsəbədən uzaqda düşərgə saldıqlarına görə üçlünün köməyinə çatan olmayıb.

Şəxsiyyət təsbiti üçün DNT nümunəsi alınıb. DNT analizlərindən sonra yanaraq ölənlərin ikisinin Derviş Yılmaz (62) və Cəfər Təyyar Yalaza (63) olduğu ortaya çıxıb.

Heyvan sandılar, qadın olduğu ortaya çıxdı

2 kişiylə birlikdə yanaraq ölən və tanınmaz halda olan cəsədin əvvəl heyvan olduğunu düşünən səlahiyyətlilər tibbi ekspertiza sonrası onun qadın olduğu qənaətinə gəliblər. Cəsədin qadın olduğu təyin olunduqdan sonra şəxsiyyətini müəyyən etmək üçün iş başladılıb.

Aparılan araşdırmalar nəticəsində bu qadının 2016-cı ilin 3 dekabr tarixində evdən çıxıb bir daha geri dönməyən Pınar Balcı (36) olduğu məlum oub.//milli.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ