Heyvanlarda ölümcül "mavi dil xəstəliyi” başlayıb
7NEWS.az xəbər verir ki, Belçika Federal Qida Agentliyi ayın əvvəlində başlayan "mavi dil xəstəliyinin” getdikcə heyvanlar arasında yayıldığını açıqlayıb. Qoyun, keçi, iribuynuzlu mal-qara və inəklərdə "mavi dil xəstəliyi” kimi tanınan virusla əlaqəli xəstəlikdən 500-dən çox fermanın təsirləndiyi, lakin ümumilikdə neçə heyvanın tələf olduğu hələlik məlum deyil. Ümumilikdə 874 qoyun, keçi, inək və iribuynuzlu heyvanın xəstəliyin daşıyıcısı olduğu bilinir, onlardan 544-ü flamanddilli bölgədədir. Xəstəlik xüsusilə qoyunlar arasında yayılır və bu növlər arasında ölüm halları baş verir.
7NEWS.az








