Futbol meydanlarında adından söz etdirdiyi dövrdə sevgiləriylə maqazin jurnallarının səhifələrindən düşməyən Tanju Çolak "Posta" qəzetinə verdiyi müsahibədə o günlərinə qayıdıb və yaşadığı ən səs-küylü sevgisi - Hülya Avşar - haqqında danışıb.
Tanju Çolakın müsahibəsi zamanı diqqət çəkən məqamları təqdim edirik:
"Ailə vəziyyətimiz uyğun olsaydı, Hülya ilə evlənə bilərdik. Bu səbəblə onunla evlənmədim. Hülyaya görə bitdi. Bizim evdə Hülya ilə yaşadığımız sevgi heç açılmaz, danışılmaz.
Məni evə qaytaran həyat yoldaşım Aysunun rəftarıdır. Deyingən bir qadın olsaydı, bu münasibət çoxdan bitmişdi. Hülya ilə bir dəfə təsadüfən qarşılaşdıq. Mayadrom tərəfdə qaçarkən baxdım ki, Hülya, əl verib görüşdük. Küsən deyilik! Hülya həyat yoldaşıma zəng edib: "Etdiyim heyvanlıq idi, üzr istəyirəm", - deyib. Mən də bunu televiziyada gördüm. O hadisədən o ana qədər xəbərim yox idi. Son dəfə o gün zəng etdim Hülyaya: "Doğrumu?" - soruşdum. "Bəli", - dedi. Hülyanın qızı ilə mənim oğlum da bir-birinə aşiq olsalar, mən buna hörmət edərəm. Amma həyatlarına qarışmaram. Hülya ilə böyük eşq yaşadıq. 5 qəpik pulumda belə gözü olmadı".
7News.az









