7NEWS.az xəbər verir ki, fevralın 20-də Şəhid Şaban Cəfərovun adına xeyriyyə fondunun rəhbəri Nərminə Cəfərova və Millət vəkili Jalə Əhmədovanın təşkilatçılığı ilə Şəhid Məmmədzadə Əli Turan oğlunun mövludu qeyd olunub. Fondun üzvü Qabil Zülfüqar oğlu Hüseynli millət vəkili Jalə Əhmədova və fond rəhbəri Nərminə Cəfərova tərəfindən Fəxri Fərmanla təltif edilib. Qabil Zülfüqar oğlu Hüseynli əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib, eyni zamanda, hər zaman Şəhid ailələri və Qazilərimizin yanında olacaqlarını deyib.
Məlumat üçün qeyd edək ki, "HH Design Archstudio” MMC müasir memarlıq dizayn və tikinti şirkətidir. Sözügedən sahənin Azərbaycan seqmentində kifayət qədər uğur qazanan şirkət, bir sıra mühüm layihələrə imza atıbdır. Şirkət haqqında və reallaşan layihələrlə bağlı ətraflı məlumatı "HH Design Archstudio” MMC-nin rəsmi INSTAGRAM səhifəsindən əldə edə bilərsiniz.
7NEWS.az











