İzdivac verilişindən sonra məşhurlaşan Hanife Gürdal arzusuna çatıb.
7News.Az haberler-ə istinadla bildirir ki, veriliş bitdikdən sonra da açıq-saçıq şəkilləri ilə gündəmdən düşməyən Hanife Gürdal ərə gedib.
O, sevgilisi Kemal Ayvaz ilə ailə qurub. Cütlüyün nikah mərasimində çəkilən fotoları sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Hanife Gürdal 1995-ci ildə izmir şəhərində doğulub. 3 qardaşı var, orta təhsillidir. Boyu 164 sm, çəkisi isə 59 kiloqramdır. 2015-ci ildə Türkiyənin ATV kanalında Esra Erolun aparıcılıq etdiyi izdivac verilişinə qatılan Hanife Umut adlı oğlandan "yox" cavabı eşitdikdən sonra 10 ay boyunca onun üçün gələn namizədləri geri qaytarıb.
7News.Az












