RU
Hikmət Babaoğlu: “Onlar dindar deyil, dini-ekstremist qruplaşmaların Azərbaycandakı nümayəndələridir”
21:50
546

Hikmət Babaoğlu: “Onlar dindar deyil, dini-ekstremist qruplaşmaların Azərbaycandakı nümayəndələridir”

“Sabunçu rayon polis idarəsinə hücüm edənlər dindarlar deyil, dini-ekstremist qruplaşmaların Azerbaycandakı nümayəndələridir.

Onların məqsədi Azərbaycanda teokratik rejim formalaşdırmaq və beynəlxalq terror şəbəkəsinin Suriya ssenarisini Azərbaycanda həyata keçirməkdir”. Bu sözləri APA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, hazırda müsəlman şərqində baş verən hadisələr islam dininə və mədəniyyətinə qarşı yönəlib və onun həqiqi islamla heç bir əlaqəsi yoxdur. “İmprealist mərkəzlər tərəfindən yaradılan və idarə olunan beynəlxalq terror şəbəkəsinin məqsədi islam dinini gözdən salmaq,müsəlman şərqində milli dövlətlərin mövcudluguna son qoymaqdır. İdarə olunan xaos siyasəti əsasında törədilən bu hadisələrdə məqsəd islam dünyasının yeraltı və yerüstü sərvətlərini istismar etməkdir. Hazırda radikal ekstremist qruplaşmalar islama qarşı terrorun cografiyasını genişləndirərək bütün müsəlman ölkələrinə yaymaq istəyirlər”.

Hikmət Babaoğlunun sözlərinə görə, Sabunçu rayonunda baş verən hadisələri bu konteksdə qiymətləndirmək lazımdır: “Sabunçu polis idarəsinin qarşısında təxribat törədənlərdə radikal elstremist qruplaşmalarla sıx əlaqədə olan və onların direktivləri ilə hərəkət edənlərdir. Ancaq onların niyyəti Azərbaycanda baş tutmayacaq. Birincisi ona gorə ki, ölkəmizdə fuksional dövıət aparatı var və hüquq mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. İkincisi ona görə ki, Azərbaycanda islamı obyektiv əsaslarda dərk edən intellektual cəmiyyət və savadlı dindarlar var. Bu iki faktor ölkəmizi beynelxaq terror şəbəkəsinin poliqonuna çevrilməsinə imkan verməyəcək”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ