RU
Hikmət Hacıyev ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib
20:40
73

Hikmət Hacıyev ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfriedlə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi tviterdə yazıb.

Görüşdə həmçinin ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ