RU
Hikmət Hacıyev: Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub
15:47
345

Hikmət Hacıyev: Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub

Beynəlxalq qanunvericiliyə əsasən, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunur. Amma Ermənistan beynəlxalq qanunlara əməl etmir.

7News.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatı mərasimində bildirib. 

Onun sözlərinə görə, ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyəti bu gün də davam edir: 

"Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunduqdan sonra bizim ərazidə qanunsuz fəaliyyətə başlayıb. Azərbaycanın təbii və mineral sərvətlərini istismar edir və dünya bazarında satışa çıxarır”.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının müraciət əsasında ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib:

"Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub. Ermənistan tərəfinin bu cür qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə maneə törətməkdədir”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ