Hindistanın Ermənistana silah satması ilə bağlı məlumatın doğruluğunu öyrənmək məqsədilə ölkəmizin Hindistandakı səfirliyinə təlimat verilib.
7News.Az-ın xəbərinə görə, bunu Azərbaycanın Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyində görüşün keçirilməsi və məsələnin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Ermənistan Hindistan istehsalı "Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə maraqlanır.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.
7News.Az








