RU
Hikmət Hacıyev: “Xankəndi şəhəri ətrafındakı hərbi bazalar sıradan çıxarılıb”
14:59
672

Hikmət Hacıyev: “Xankəndi şəhəri ətrafındakı hərbi bazalar sıradan çıxarılıb”

Xankəndi şəhəri ətrafından Azərbaycan Respublikasının mülki insanlarına və yaşayış məntəqlərinə hücumlar həyata keçirilən bazalar sıradan çıxarılıb.

7news.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

 

O əlavə edib ki, xüsusilə Xankəndi şəhəri yaxınlığında bir neçə artilleriya briqadalarının hərbi hissələri var idi ki, bu hücumlar oradan həyata keçirilirdi:

"Dəqiq atəş zərbələri ilə mülki insanlara xələl yetirməmək məqsədilə bu hərbi bazalar sıradan çıxarılıb. Düşmənə adekvat cavabların verilməsi bundan sonra da davam etdiriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ