Azərbaycan XİN-nin mətbuat xidmətinin sabiq rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının (PA) Xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatları təsdiqləyib.
Bu haqda 7News.Az-a açıqlamasında H.Hacıyev vəzifəsinin icrasına yeni başladığını və bu barədə hələlik geniş danışmaq istəmədiyini bildirib.
O, yeni vəzifəsi ilə bağlı ona təbrik ünvanlayanlara, xoş sözlər bildirənlərə təşəkkür etməyi unutmayıb.
09:31
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.
7News.Az-ın Trend-ə istinadən məlumatına görə, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qaldığı üçün Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.
H.Hacıyev 2014-cü ildən XİN-in mətbuat xidmətinin rəhbəri işləyirdi.
7News.Az








