RU
Hillari Klinton ərindən boşanır - FOTO
12:31
527

Hillari Klinton ərindən boşanır - FOTO

ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klinton həyat yoldaşı Bill Klintondan ayrılmaq üçün məhkəməyə müraciət edib.


Bu barədə 7News.Az "Christian Times Newspaper”-ə istinadən xəbər verir. 

Qəzet boşanmaqla bağlı müraciətin fotosunu təqdim edib. Məlumatda qeyd olunur ki, Hillari Klinton həyat yoldaşından ayrılma səbəbinin dözülməz fikir ayrılığı ilə izah edib. 

Nəşr yazır ki, cütlük artıq uzun müddətdir ayrı yaşayır. Cütlüyün bugünədək boşanmaması prezident seçkiləri ilə əlaqələndirilib.

"Christian Times Newspaper”in yaydığı iddia ərizəsində cavabdeh kimi Bill Klintonun adı göstərilib, iddiaçı kimi isə Klintonun imzası var. 

Qeyd edək ki, Bill və Hillari Klinton 40 il bundan öncə ailə qurub. Onların Çelsi adlı qızları, eləcə də iki nəvələri var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ