ABŞ-ın Federal Təhqiqatlar Bürosu prezidentliyə namizəd, Hillari Klintonun "elektron poçt işi” ilə bağlı son qərarını açıqlayıb.
7News.az-ın məlumatına görə, qurumun qərarında xanım siyasətçinin əməllərində cinayət tərkibinin olmadığı qeyd olunub. Büronun direktoru Ceyms Komey bildirib ki, məsələ artıq bağlı hesab olunmalıdır. Onun sözlərinə görə qurumun qərarı Konqresə təqdim edilib və bundan sonra ictimaiyyətə heç bir açıqlama verilməyəcək. Qanuverici orqan Hillarinin əməlinin diqqətsizlik kimi dəyərləndirilməsinə qərar verib.
Xatırladaq ki, Klintonun dövlət katibi işlədiyi dövrdə məxvi sənədləri hökumət deyil, şəxsi poçt ünvanından göndərməsinin üzə çıxması geniş rezonans doğurub. İyul ayında Federal Təhqiqatlar Bürosu Klintonun elektron poçt ünvanından məxvi materialların sıza biləcəyini irəli sürərərək, xanım siyasətçini istintaqa cəlb edib.
7News.az







