RU
Hilton Baku Hoteldə beynəlxalq təhsil sərgisi keçiriləcək: QEYDİYYATDAN KEÇMƏYƏ TƏLƏSİN!
20:16
223

Hilton Baku Hoteldə beynəlxalq təhsil sərgisi keçiriləcək: QEYDİYYATDAN KEÇMƏYƏ TƏLƏSİN!

Xaricdə təhsil almağı planlaşdıran tələbələr və valideynlər üçün böyük fürsət, sərgi reallacaq. 7NEWS.az xəbər verir ki, 29 mart 2026 tarixində Hilton Baku Hoteldə beynəlxalq təhsil sərgisi keçiriləcək. Bu sərgidə dünyanın müxtəlif ölkələrindən gəlmiş universitetlərin rəsmi nümayəndələri iştirak edəcək və tələbələrə birbaşa məlumat vermək imkanı yaradılacaq.

Sərgi zamanı iştirakçılar Avropa, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), ABŞ və Böyük Britaniya universitetlərinin proqramları ilə yaxından tanış ola biləcəklər. Universitet nümayəndələri bakalavr, magistr, Doktorantura və hazırlıq (foundation) proqramları, qəbul şərtləri, təhsil haqları və mövcud təqaüd imkanları barədə ətraflı məlumat verəcəklər.

Tədbirin əsas məqsədi azərbaycanlı tələbələrin xaricdə təhsil imkanlarını daha yaxından tanımasına kömək etmək, onların universitet nümayəndələri ilə birbaşa ünsiyyət qurmasına şərait yaratmaq və düzgün akademik seçim etmələrinə dəstək olmaqdır.

Sərgidə iştirak edən tələbələr:
* Xarici universitetlərin rəsmi nümayəndələri ilə birbaşa görüşə biləcəklər
* Qəbul şərtləri və müraciət prosesi haqqında məlumat əldə edəcəklər
* Bakalavr, Magistratura, Doktorantura  və Foundation proqramları ilə tanış olacaqlar
* Təqaüd və maliyyə imkanları haqqında məlumat ala biləcəklər
* Xaricdə təhsil planlarını peşəkar məsləhətçilərlə müzakirə edə biləcəklər

Bu tədbir xaricdə təhsil almaq istəyən hər bir tələbə üçün universitetlər haqqında birinci mənbədən məlumat əldə etmək və doğru seçim etmək üçün əla fürsətdir.

Tədbir haqqında məlumat:

Tarix: 29 Mart 2026
Məkan: Hilton Baku Hotel
Saat: 12:00 – 17:00
Giriş: Ödənişsiz

Tədbirdə iştirak etmək üçün www.bit.ly/fairscelt ünvanından qeydiyyatda keçmək tələb olunur.

Tələbələr, valideynlər və müəllimlər sərgidə iştirak edərək dünyanın müxtəlif ölkələrində təhsil imkanları ilə tanış ola və universitet nümayəndələri ilə birbaşa əlaqə qura bilərlər.

Sizi beynəlxalq təhsil imkanlarını kəşf etmək üçün sərgimizdə görməkdən məmnun olarıq.

Ətraflı məlumat üçün +99477 503 59 39 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ