Hind okeanında Banqladeş bayraqlı "MV Abdullah” yük gəmisi Mozambikdən BƏƏ-yə getmək istəyərkən silahlı quldurlar tərəfindən qaçırılıb. Gəmidə 23 ekipaj üzvü var. Banqladeş Dəniz Departamentinin baş direktoru Məhəmməd Maksud Alam məsələ ilə bağlı açıqlama verib.
7NEWS.az xəbər verir ki, Alam, Hind okeanında qaçırılan Banqladeş bayraqlı "MV Abdullah" adlı yük gəmisinin Mozambikin Maputo limanından Birləşmiş Ərəb Əmirliklərinin Əl Hamriyah limanına doğru yola düşdüyünü və kömür daşıdığını bildirib. Ağır silahlar daşıyan dəniz quldurlarının gəmiyə nəzarəti ələ aldığını bildirən Alam, girov götürülən 23 nəfərlik bütün heyətin təhlükəsiz olduğunu qeyd edib.
7NEWS.az








