RU
Hindistan almaz idxalını iki ay müddətinə dayandıracaq
11:20
74

Hindistan almaz idxalını iki ay müddətinə dayandıracaq

Hindistan almaz sektoru COVID-19 pandemiyasından bəri ən sərt tədbir olan xam almaz idxalının iki aylıq dondurulmasını tövsiyə edib.

Bu barədə "Rapaport" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, satınalmada fasilə oktyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Ölkənin aparıcı ticarət qurumları bu qərara almaz ticarətindəki ciddi geriləmə, ABŞ-da pərakəndə zərgərlik məmulatlarının ləng satışı, laboratoriyada yetişdirilən daşlarla rəqabətin artması və Çində iqtisadi tənəzzül fonunda gəliblər.
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ