RU
Hindistan donanması İran gəmisini dəniz quldurlarının girovluğundan xilas edib
15:37
42

Hindistan donanması İran gəmisini dəniz quldurlarının girovluğundan xilas edib

Hindistan Hərbi Dəniz Qüvvələri Oman dənizində dəniz quldurlarının girov götürdüyü İran gəmisini və 23 pakistanlı ekipaj üzvünü xilas edib.

Bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin "X" hesabında məlumat verilib.

Məlumatda təxminən 12 saat davam edən əməliyyatdan sonra gəmidəki dəniz quldurlarının təslim olduğu bildirilib.

Qeyd edək ki, İranın "FV Əl-Kəmbər" gəmisi martın 28-də 9 silahlı dəniz qulduru tərəfindən ələ keçirilmişdi.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ