Hindistan əsgərləri, təxminən yarım milyon insanın yaşadığı arxipelaqda əsasən dəniz müşahidəsi, axtarış-xilasetmə və tibbi evakuasiya əməliyyatları üçün Yeni Dehli tərəfindən verilən iki helikopter və bir təyyarənin əməliyyatını dəstəkləyirdi.
7NEWS.az xəbər verir ki, Hindistan Maldiv adaları prezidenti Mohamed Muizzunun tələbi ilə Maldiv adalarında olan təxminən 80 əsgərini mülki zabitlərlə əvəz etdiyini açıqlayıb. Hindistan əsgərləri təxminən yarım milyon insanın yaşadığı arxipelaqda əsasən dəniz müşahidəsi, axtarış-xilasetmə və tibbi evakuasiya əməliyyatları üçün istifadə edilən Yeni Dehli tərəfindən verilən iki helikopter və bir təyyarənin əməliyyatına dəstək verirdilər.
7NEWS.az








