RU
Hindistan Pakistanın 2 əsgərini öldürdü
13:53
242

Hindistan Pakistanın 2 əsgərini öldürdü

Hindistan Pakistan ordusunun 2 əsgərini öldürüb.

7News.Az unikal.org-a istinadən bildirir ki, münaqişəli Kəşmir regionunda gərginlik yenidən alovlanıb. Baqsar yaşayış məntəqəsi ətrafında atəşkəs pozulub. Pakistan tərəfi rəsmi açıqlama yayaraq atəşkəsi Hindistanın pozduğunu bəyan edib. Cavab atəşi verən Pakistanın 2 əsgərinin həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, 9 dekabrda da atəşkəs pozuntusu nəticəsində hər iki tərəfdən 2 hərbi qulluqçu həlak olmuşdu.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ