Ümumi seçkilərin davam etdiyi Hindistanda baş nazir Narendra Modinin müsəlmanları hədəf alan açıqlamaları və partiyasının sosial şəbəkələrdəki paylaşımları gündəmin ön sıralarında yer alıb.
7NEWS.az xəbər verir ki, Modi seçki mitinqində ölkə əhalisinin 14 faizini təşkil edən müsəlmanları "casus” adlandırıb. Hindistanın baş naziri həmçinin iddia edib ki, müxalifətdəki Konqres Partiyası (INC) seçkilərdə qalib gələrsə, dövlətin sərvətini "çox uşaqlı” müsəlmanlara paylayacaq. Çərşənbə axşamı hakim Bharatiya Janata Partiyasının (BJP) X hesabında müsəlmanları "şeytanlaşdıran" animasiya videosu da paylaşılıb.
7NEWS.az








