Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki zabitin olduğu təlim təyyarəsi ölkənin cənubundakı Telanqana ştatının Medak dairəsində qəzaya uğrayıb.
Bu barədə Hindistan HHQ məlumat yayıb.
"Pilatus PC-7 Mk II” təyyarəsi bu səhər adi təlim uçuşu zamanı qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan hər iki pilot ölümcül xəsarət alıb", - HHQ "X” sosial şəbəkəsində bildirib.
Məlumata görə, qəza zamanı təyyarədə təlimçi və təcrübəçi pilot olub. Onlar HHQ Akademiyasının bazasından havaya qalxıblar. İstintaq komissiyası qəzanın səbəblərini araşdırır.








