Hindistanda gələn ilin yanvarından başlayaraq 15 yaşdan yuxarı yeniyetmələr COVID-19-a qarşı peyvənd ediləcək.
7NEWS.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi deyib.
Belə ki, ölkədə yanvarın 3-dən 15-18 yaş arası uşaqlar peyvənd oluna biləcəklər.
Yanvarın 10-dan isə 60 yaşdan yuxarı insanlar gücləndirici dozada peyvənd ala biləcəklər.
Məlumatda görə, koronavirusa qarşı burun peyvəndi və dünyada ilk DNT peyvəndi tezliklə Hindistanda təqdim olunacaq.
Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatına görə, pandemiyanın başladığı ötən ilin mart ayından indiyədək ölkədə virusa yoluxanların ümumi sayı 34,7 milyonu ötüb, 34,2 milyondan çoxu sağalıb, 479 mindən çoxu dünyasını dəyişib.
7NEWS.Az







