Hindistanın Odişa əyalətində 2 saat ərzində 61 min ildırım vurması nəticəsində 12 nəfər ölüb.
7NEWS.az xəbər verir ki, Hindistanın Odişa ştatında tufan qopub. Güclü yağışlarla ştatın paytaxtı Bhubanesvara 2 saat ərzində 61 min ildırım düşüb. Ən azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib, onlarla insan yaralanıb. 8 iribuynuzlu mal-qara da ildırım vurması nəticəsində tələf olub.
Hindistan Meteorologiya Xidməti (IMD) ildırım çaxmasına qarşı vətəndaşları xəbərdar edərək, tufanların cümə axşamına qədər davam edəcəyini bildirib.
7NEWS.az








