RU
Hindistanda 200 milyon nəfər tətilə başlayıb
13:46
242

Hindistanda 200 milyon nəfər tətilə başlayıb

Hindistanda 200 milyon nəfərə yaxın insan ümummilli tətilə çıxıb. Tətil bu gün başlayıb və iki gün davam edəcək.

7News.Az-ın xəbərinə görə, bu haqda NDTV televiziya kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, etiraz aksiyasının təşəbbüskarları yerli həmkarlar ittifaqlarının və solçu hərəkatların liderləri olub. Tətil iştirakçıları minimum əmək haqqının və pensiyaların artırılmasını, sosial təminatların gücləndirilməsini, işsizlikdən sığortanı və bir sıra digər tələbləri irəli sürüblər.

Telekanal qeyd edir ki, bəzi yerlərdə etirazlar zorakılıq halları və polislə qarşıdurmalarla müşayiət olunub. Cənubda yerləşən Kerala ştatında aksiya iştirakçıları dəmir yolunda oturaq etiraz aksiyası keçiriblər, həmçinin bir sıra avtomobil yolları bağlanıb.

Yerli KİV-in verdiyi məlumata görə sənaye, bank, sığorta və nəqliyyat sahələrində çalışanlar da etirazlara qoşulublar. Həmçinin tələbələr, fermerlər və federal mətbuat nümayəndələri etiraz edənlərə dəstək veriblər. Tətilin təşkilatçıları yanvarın 9-dan sonra etirazlara davam edəcəkləri haqında hələ ki bəyanat verməyiblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ