7NEWS.az xəbər verir ki, Hindistanda ağlasığmaz qətl hadisəsi törədilib. İyulun 15-də Uttarankal əyalətinin Haldvani şəhərində öz avtomobilində ölü tapılan 32 yaşlı Ankit Çauhanın sevgilisi tərəfindən zəhərli kobradan istifadə edilərək öldürüldüyü məlum olub. Dəm qazından boğularaq öldüyü güman edilən Çauhanın yarılma zamanı hər iki ayağında ilan sancması aşkarlanıb. İstintaqı dərinləşdirən polis təhlükəsizlik kamerası görüntüləri və zəng qeydlərindən Çauhanın sevgilisi Mahi Aryaya çatıb.
7NEWS.az








