Hindistanın Madhya Pradeş ştatında məbəddə quyunun damının uçması nəticəsində 35 nəfər ölüb. 18 nəfər xilas edilib, 16 nəfər yaralanıb.
7NEWS.az xəbər verir ki, Hindistanın Madhya-Pradeş əyalətinin İndor şəhərində məbəddə quyunun damının uçmasından sonra 35 nəfər həyatını itirib. 16 nəfərin yaralandığı bildirilib. Hindustan Times xəbər verir ki, insident Ram Navami Festivalı zamanı Beleshwar Mahadev Jhulelal məbədində köhnə böyük quyunun (bavdi) damının çökməsi nəticəsində baş verib.
7NEWS.az








