Hindistanın Racasthan ştatında yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə Bharatpur şəhərində magistral yolda baş verib. Yol qəzası nəticəsində 15 nəfər yaralanıb.








