RU
Hindistanda avtobus körpüdən aşdı
14:15
217

Hindistanda avtobus körpüdən aşdı

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir

Hindistanda sərnişin avtobusunun körpüdən çaya düşməsi nəticəsində azı 31 nəfər ölüb.

7News.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident ölkənin qərbindəki  Qucarat ştatında qeydə alınıb. Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. Avtobusda olan sərnişinlərin ümumi sayı məlum deyil. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb edilib, xilasedici  əməliyyat davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ