Hindistanın Kokradjxar şəhərində naməlum şəxs yerli bazarlardan birində kütləyə atəş açıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-rəsmi rəqəmlərə görə, 12 nəfər ölüb.
Silahlı şəxs qara geyimdə olub, həmçinin kütlə arasına qumbara da tullayıb. Polis həmin şəxsin axtarışlarına başlayıb.








