Hindistanda bir sutkada 40400-dən çox insan koronavirusa yoluxub.
7News.Az APA-ya istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 1 118 043-ə çatıb.
Hazırda ölkədə 390 459 insan virusdan müalicə olunur, 700 086 nəfər sağalıb.
Son sutkada 681 nəfər koronavirusdan vəfat edib. Ümumilikdə bu ölkədə virus qurbanlarının sayı 27 497 nəfər təşkil edir.
7News.Az








