RU
Hindistanda BRİCS sammiti başladı
14:40
363

Hindistanda BRİCS sammiti başladı

Hindistanın Qoa ştatında BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının VIII sammitinin rəsmi açılış mərasimi olub.

7news.Az "Ria Novosti”yə istinadən verdiyi məlumata görə, tədbir liderlərin birgə xatirə şəkli çəkdirməyi ilə start götürüb.

"Taj Exotica” hotelində rəsmi açılış mərasimindən sonra Rusiya, Braziliya, Cənubi Afrika Respublikasının prezidentləri, Hindistan baş naziri və Çin Xalq Respublikasının dövlət katibi qapalı formatda görüş keçirdikdən sonra BRİCS-in İş Şurasının üzvləri ilə danışıqlar aparacaq, eləcə də milli nümayəndə heyətinin iştirakı ilə plenar iclas baş tutacaq.

Sammit çərçivəsində Qoa Bəyannaməsi, o cümlədən iqtisadiyyat, maliyyə və humanitar sahələrdə əməkdaşlığa dair sənədlər imzalanacaq.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ