RU
​Hindistanda daşqınlar nəticəsində ən azı 40 nəfər ölüb
20:44
1784

​Hindistanda daşqınlar nəticəsində ən azı 40 nəfər ölüb

Hindistanın şimalında leysan yağışları nəticəsindən yaranan sürüşmə və daşqınlar nəticəsində ən azı 40 nəfər həyatını itirib.

7news.Az Report-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Təbii fəlakət hələ cümə günü Hindistanın iki şimal ştatına - Uttarakxand və Arunaçal-Pradeşə üz verib.

Son məlumatlara görə, Uttarakxandda 29 nəfər ölüb, 15 nəfər itkin düşüb. Arunaçal-Pradeşin Qərbi Kamenq dairəsində sürüşmə nəticəsində 10 nəfər həyatını itirib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ