RU
Hindistanda daşqınlarda ölənlərin sayı 78-ə yüksəlib
17:28
29

Hindistanda daşqınlarda ölənlərin sayı 78-ə yüksəlib


Hindistanın şimal-şərqində güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 78-ə yüksəlib.

7NEWS.az xəbər verir ki, Hindistanın şimal-şərq əyalətlərində leysan yağışlar və daşqınlar təsirini davam etdirir. Assam əyalətinin fəlakət idarəsi rəsmiləri daşqınlar nəticəsində həyatını itirənlərin sayının 78-ə yüksəldiyini açıqlayıb. Minlərlə insanın evlərindən təxliyə edildiyini bildirən səlahiyyətlilər, ştatın müxtəlif yerlərində 269 düşərgə qurulduğunu, 53 mindən çox insanın sığınacaqla təmin olunduğunu bildirib. Hindistan Meteorologiya İdarəsi (IMD) ölkənin şimal-şərq əyalətlərində baş verən fəlakətlər səbəbindən bölgədə qırmızı təhlükə elan edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ