7NEWS.az xəbər verir ki, Hindistanın Telanqana ştatının Heydərabad şəhərində bina yanıb. Binadakı anbarda kimyəvi maddələrin alovlanması ilə başlayan yanğın qısa zamanda bütün binaya yayılıb. Səmanı bürüyən yanğında binada olan 9 nəfər həyatını itirib, 21 nəfər təxliyə edilib. Telangananın baş naziri Kalvakuntla Çandraşekar Rao səlahiyyətlilərə hadisə qurbanlarına ən qısa zamanda lazımi yardım göstərməyi tapşırıb və həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
7NEWS.az








