RU
Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb
11:00
45

Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında "Kumb mela” dini festivalında yaranan izdiham nəticəsində azı 7 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Bu barədə 7News.Az yerli mətbuata istinadən xəbər verir.

Polis bildirib ki, izdiham festival zamanı 40 dindarın ölümünə səbəb olan oxşar hadisənin qeydə alındığı yerdən təxminən 3 km aralıda baş verib. Məlumata görə, bu faciədən sonra dövlət orqanları ikinci izdiham və qurbanlar barədə susur.

Hindistanın şimalında hər 12 ildə bir dəfə "Kumb mela” festivalı keçirilir. Yanvarın 13-dən etibarən artıq 110 milyondan çox zəvvar Qanq çayında çimərək festivalda iştirak edib. Qırx beş günlük festivalda 1,5 milyon nəfəri əcnəbi olmaqla, 450 milyon insanın iştirak edəcəyi gözlənilir.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ