RU
Hindistanda fil hücumu nəticəsində 5 nəfər öldü
13:40
36

Hindistanda fil hücumu nəticəsində 5 nəfər öldü

Hindistanın Andhra Pradeş əyalətində filin hücumu nəticəsində 5 nəfər həyatını itirib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə "Hindustan Times” məlumat yayıb.

Belə ki, əyalətdə keçirilən "Maha Şivaratri" festivalı üçün yola çıxan qrupun meşədə fil sürüsü tərəfindən hücuma məruz qaldığı açıqlanıb.

Rəsmilər qeyd ediblər ki, fillərin altında qalan 5 nəfər hadisə yerində ölüb, yaralılar isə xəstəxanaya aparılıb. 

Yaralılardan 2-nin səhhətinin ağır olaraq qaldığı bildirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ