Hindistanın Uttar-Pradeş ştatında ötən gün qopan fırtına nəticəsində azı 30 nəfər ölüb.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, bununla yanaşı, beşi qadın və ikisi uşaq olmaqla 10 nəfər isə ştatın şərqində ildırım vurmasından dünyasını dəyişib.
Qeyd edək ki, ötən ay Uttar-Pradeşdə qum fırtınası və leysandan 15 nəfər ölmüşdü, onlarla insan yaralanmışdı.
7news.Az







