7NEWS.az xəbər verir ki, Hindistanda sosial media üçün təhlükəli şou göstərən 20 yaşlı Şiva Raju kobra sancması nəticəsində ölüb. Atasından öyrəndiyi ilan idarə etmə bacarığı ilə kobra tutan Racu, ilanın başını ağzına soxduğu riskli hərəkət zamanı sancılıb. Xəstəxanaya çatdırılan gənci xilas etmək mümkün olmayıb.








