RU
Hindistanda güclü yağış nəticəsində 7 nəfər ölüb
17:16
45

Hindistanda güclü yağış nəticəsində 7 nəfər ölüb


Hindistanın paytaxtı Yeni Dehli kimi şəhərlərdə istilik dalğaları təsirli olsa da, Kerala əyalətinin cənubunda musson öncəsi güclü yağışlar yaşanır.

7NEWS.az xəbər verir ki, Hindistanın cənubundakı Kerala əyalətində mussondan əvvəl yağan yağışlar və mövsüm normalarından artıq olan daşqınlar nəticəsində azı 7 nəfər həyatını itirib. Reuters xəbər agentliyinin məlumatına görə, Cənubi Asiyanın əksər hissəsinin isti dalğası ilə üzləşdiyi bir vaxtda Keralada mövsüm normalarından 18 faiz çox yağıntı düşüb. Yağışlar ştatın bəzi bölgələrində daşqınlara səbəb olub və rəsmilər bu səbəbdən Kojikode hava limanında uçuşların dayandırıldığını bildiriblər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ