7NEWS.az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə boya istehsalı sexində naməlum səbəbdən yanğın baş verib. Yanğınsöndürmə briqadası rəsmilərinin verdiyi açıqlamaya görə, yanğın dünən yerli vaxtla saat 17.25 radələrində sexin birinci mərtəbəsində başladığı üçün yuxarı mərtəbədəki işçilər binada sıxışıb. Açıqlamada 22 yanğınsöndürən maşınının müdaxilə etdiyi yanğının 5 saat sonra nəzarətə götürüldüyü və binanın dağıldığı bildirilib. Ətrafdakı tikililərə yayılan alov nəzarət altına alındıqdan sonra 11 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Hadisə zamanı yaralanan 4 nəfər xəstəxanaya aparılıb.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
7NEWS.az