Hindistanda musson mövsümündə yağıntıların gözləniləndən az olması səbəbindən ölkədə son 100 ilin ən quraq üçüncü iyun ayı yaşanıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb.
Bildirilib ki, iyun ayında ölkə üzrə cəmi 99,5 millimetr yağıntı qeydə alınıb. 1927–2026-cı illəri əhatə edən statistikaya əsasən, bu göstərici 2009-cu ildə qeydə alınan 87,5 millimetr və 2014-cü ildə qeydə alınan 92,1 millimetr yağıntıdan sonra son 100 ilin ən aşağı üçüncü iyun göstəricisidir.
Məlumata görə, musson yağışlarının qeyri-bərabər paylanması da quraqlığın dərinləşməsinə səbəb olub. İyunun sonunadək ölkənin bir çox bölgəsində musson mövsümü hələ tam şəkildə öz təsirini göstərməyib.
Hindistan Meteorologiya Departamenti xəbərdarlıq edib ki, El Nino hadisəsinin təsiri nəticəsində bu il musson mövsümündə yağıntıların orta göstəricidən aşağı olması ehtimalı yüksəkdir.








