7NEWS.az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə qatar stansiyasında növbəti dəfə izdiham yaşanıb. Sərnişinlərin Prayagraj Express və Prayagraj Special adlı iki ayrı reysi qarışdıraraq eyni vaxtda stansiyaya çatması nəticəsində yaranan izdihamda ən azı 18 nəfər əzilib ölüb. Polis rəsmiləri izdiham günü eyni istiqamətdə dörd qatarın getdiyini, onlardan üçünün gecikdiyini və buna görə də izdihamın yarandığını bildirib.








