Hindistanda son iki həftə ərzində isti hava şəraiti ilə əlaqədar 130-dan çox insan həyatını itirib.
7News.Az xəbər verir ki, qızmar istilərdən daha çox ölkənin şərqində yerləşən Odişa ştatının əhalisi zərər çəkib. Burada 24 nəfər dünyasını dəyişib. Onlarla insan isə xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, ölkənin şərq əyalətlərində termometrlər 45 dərəcəni göstərir. Bu da cari ay üçün rekord göstərici hesab olunur.
Qızmar istilərlə əlaqədər artıq bir neçə dövlət müəssisələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Hidrometeoroloqların proqnozları da ürəkaçan deyil. İsti hava ayın sonuna qədər davam edəcək.
7News.Az








