Hindistanda koronavirusa yoluxanların sayı ötən sutka ərzində 149 nəfər artıb.
Bu barədə "RİA Novosti” məlumat yayıb.
Hazırda ölkədə koronavirusa yoluxanların sayı 873 nəfərə çatıb. Onlardan 47-si xarici ölkə vətəndaşlarıdır. Xəstəlikdən sağalanların sayı isə 79 nəfər təşkil edir.
Ölkə ərazisində COVID-19-dan, ümumilikdə, 19 nəfərin öldüyü açıqlanıb.
7News.Az








